HEKAYƏMİZ

BALKHOORMA şirkəti 2016-cı ilin yanvar ayında öz fəaliyyətinə başlayır. Şirkətimiz Azərbaycanın gözəl şimal bölgəsi olan Balakəndə, dağlar qoynunda yerləşir və 150-ə yaxın mehriban və təcrübəli işçilərdən ibarət heyətə malikdir. Zavodumuz bütün lazımi avtomatlaşdırılmış avadanlıqlarla təchiz edilmişdir və yuyulma, soyulma, soyutma, qablaşdırma sexlərindən ibarət şəkildə müasir standartlara tam uyğunlaşdırılmışdır. Biz əsas xammal olan xurma meyvələrini Katexdə və ətraf kəndlərdə yerləşən bağlardan alaraq həm yerli fermerlərə dayanıqlı olaraq dəstək olmağa çalışır, həm də bununla da öz alıcılarımıza ən dadlı və 100% organik məhsul çatdıra bilirik. Biz sosial məsuliyyətimiz çərçivəsində daima yeni məhsul ideyaları ilə digər meyvə istehsalçılarına da kömək olmağı və alıcılarımıza çeşid müxtəlifliyi təqdim etməyi hədəfləmişik. Azərbaycan xurma istehsalına görə dünyada ilk beşlikdə olduğundan meyvə ehtiyatlarımız həm yerli satışlara, həm də ixraca artıqlaması ilə kifayət edir. BALKHOORMA MMC bu günə kimi Almaniya, Niderland, Litva, Belarusiya, Rusiya, Ukrayna, Malayziya bazarlarına da çatmış və Azərbaycanın bu ekzotik ləzzətini xarici alıcılara da təqdim etmişdir. Hədəfimiz daha çox ölkədə məhsul çeşidliyi ilə hər bir alıcımıza organik və faydalı məhsullar çatdırmaqdır!

IMG_7990-1-1900x700

İSTEHSAL PROSESİ

IMG_8005-1-1900x700

BALKHOORMA quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqlarla təchiz olunmuş; nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən müəssisədir. Müəssisəmizdə istehsal üçün lazım olan meyvələr Balakən rayonunun sakinlərinin şəxsi xurma sahələrindən yığılır və ciddi keyfiyyət nəzarəti keçir. Keyfiyyət nəzarətini keçən meyvələr istehsalata daxil olur və müasir avtomatlaşdırılmış avadanlıqlar bu meyvələrin bütün xeyirli maddələrini qoruyub saxlamağa və 100% bioloji təhlükəsizliyini təmin etməyə imkan verir. İstehsal prosesinin tam gigiyenik şəraitdə aparıldığı şirkətimizdə emal müəssisəsinə gətirilmiş xurma əvvəlcə çeşidlənir, zədələnmiş, yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrdən təmizlənərək təmiz suda yuyulur. Yuyulmuş və təmizlənmiş xurmaların suyu xüsusi qurğuda, aşağı temperaturda kənarlaşdırılır, bu da xurmanın qida dəyərini və bütün faydalı keyfiyyətlərini qoruyub saxlamaqla yanaşı, onu təbii rəngini  dəyişmədən qalmasına imkan verir. Xurma məhsulu hazır olduqdan sonra xüsusi qablara yerləşdirilir, soyuducu kamerada – 25 C temperaturda soyudulur. Hazır məhsul satışa göndərilənə qədər xüsusi rejimdə anbarlarda saxlanılır. “Balkhoorma”nın faydalı məhsulları qida sənayesinə, iaşə müəssisələrinə organik müxtəliflik, çay süfrələrinizə ləzzət, dostlarınız və yaxınlarınız üçün isə xoş günlərdə nəfis tərtibatlı hədiyyədir! 

1.png
1. Məhsulların qəbul edilməsi
2.png
2. Yuyulma
3.png
3. İlkin yoxlama
4.png
4. Meyvələrin soyulması
5.png
5. Qurudulma
6.png
6. İlkin soyutma
7.png
7. Dondurulma .-25 ℃
8.png
8. Paketləmə
9.png
9. Qablaşdırma
10.png
10. Satış

Sertifikat və Diplomlarımız

No posts found!

Sərgilər və Nümayişlər

Tərəfdaşlar

Əlaqə